Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar «Başak- İnam Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 04 noyabr 2014-cü il tarixdən dayandırılmışdır.