“General Supply” Qapalı Səhmdar Cəmiyyət “SOCAR-STP” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “General Supply” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, bundan əvvəl “Bakı Engineering Supplies LTD” Məhdud Məsuliyyətli Cəmiyyət eyni tələblə “SOCAR-STP” MMC-ni məhkəməyə vermişdir.
Qeyd edək ki, ”SOCAR-STP”-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.