6 C
Baku
Sunday, December 15, 2024

Daha bir tikinti şirkətinin rəhbəri saxlanıldı – Eyni mənzilləri müxtəlif şəxslərə satıb!

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Banker.az-a Baş prokurorluqdan bildirilir.

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi Kooperativ tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında yerləşən mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafiq Nəsirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər