Daha bir Universitetinin tələbələrinə xüsusi bank kartı paylanıldı

Bu gün “Mastercard”la birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin tələbələrinə xüsusi bank kartı paylanılıb.

Mərasim Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Alim Quliyevin iştirakı ilə baş tutub.

O bildirib ki, gənclər bu kartlara sahib olmaqla nağdsız ödəniş vərdişlərinə yiyələnəcəklər.

“Nağdsız ödənişlərin artması Azərbaycan iqtisadiyyatı üçün çox mühümdür. Çünki bu ödənişlərdə 10% artım “kölgə iqtisadiyyatı”nda 5% azalma deməkdir. Bu gün artıq 18 minə yaxın tələbə xüsusi bank kartı ilə təmin olunub. Növbəti mərhələdə bu rəqəm 23 minə çatdırılacaq. Bu kartlardan ictimai nəqliyyatda, iaşə obyektlərində və digər sahələrdə geniş istifadə üçün şərait yaradılacaq”, – AMB rəsmisi qeyd edib.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları