Misir Mərkəzi Bankı ölkənin milli valyutası funtu 13% devalvasiya edib.
Bu addım ölkədə investisiya mühitini yaxşılaşdırmaq və valyuta ehtiyatlarını qorumaq məqsədilə atılıb.
Beləliklə, bundan əvvəl 1 dollara qarşı 7,73 funt olan valyuta hazırda 8,85 funta dəyişdiriləcək.
Misirin valyuta ehtiyatları 2011-ci ilin əvvəllərindən 50% azalaraq 16 milyard dollara çatıb. Hökumət devalvasiyadan sonra bu ehtiyatları 10 aya 25 milyard dollara çatdırmaq istəyir.
Modern.az