Göygöl rayonun yeni icra başçısı birinci müavini də vəzifəsindən azad edib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı icra başçısı Elvin Paşayev əmr imzalayıb.
Əmrə görə, Əliyev Turani Həndəm oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
Göygöl Rayon İcra Hakimiyyətindən Banker.az-a bildiriblərlər ki, “dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına” görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Turani Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmış, 24 aprel 2006-cı il tarixdən 07 noyabr 2006-cı il tarixədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə başçının müavini, 07 noyabr 2006-cı il tarixdən hal-hazıradək İcra Hakimiyyəti başçısının birinci müavini və eyni zamanda 22 may 2020-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edib. 27 iyul 2010-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Dekabrın sonu Göygöl RİH-nə yeni başçı müavini təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə E.Paşayav Göygöl RİH-nin başçısı təyin edilib.