14 C
Baku
Thursday, April 25, 2024

Daha çox informasiya yadda saxlamağın yolu: 50/50 metodu

Mətnlə düzgün işləmək mənasız əzbərləmədən daha effektiv olur. 

Metodun mahiyyəti nədən ibarətdir

Məlumatı lazımi anda asanlıqla xatırlamaq üçün əvvəlcə onu düzgün şəkildə strukturlaşdırmaq və mövcud biliklərinizlə əlaqələndirməyiniz lazımdır. Öyrəndiyiniz materiala tez-tez qayıtmaq və ondan təcrübədə istifadə etmək də vacibdir. 

Məlumatı öyrənməyə zamanınızın yalnız 50%-ni sərf edin, digər 50%-i isə onun emal edilməsinə xərcləyin. 

Kitabdakı məlumatları xatırlamaq üçün onu sadəcə oxumaq kifayət deyil. Və hətta iki və ya üç dəfə təkrar-təkrar oxumaq belə kifayət deyil. Buna görə vaxtınızı itirməyin və hər şeyi bir gündə mənimsəməyə çalışmayın. 

Bir neçə fəsil oxuyun, sonra isə onları yenidən nəzərdən keçirin və ya kimlə isə müzakirə edin. Beləliklə, oxuduğunuz şeyi daha yaxşı mənimsəmiş olacaqsınız. 

Niyə bu işləyir

A rebuttal of NTL Institute’s learning pyramid araşdırmasının nəticələrinə görə, təhsil alanlar öyrəndikləri informasiyanı istifadə etdikdə məlumatların 90%-ni yadda saxlaya bilirlər. 

Bu niyə baş verir?

Məsələ ondadır ki, hər hansısa məlumatı xatırlamaq və ya istifadə etmək üçün beynini işlətmək lazımdır. 

Amerikalı jurnalist və publisist Daniel Coyle kitablarının birində qeyd edir ki, on səhifə oxuyub kitabı bağlayandan sonra oxuduqlarının xülasəsini yazan insanlar, eyni on səhifəni dörd dəfə oxuyanlarla müqayisədə iki dəfə çox məlumat yadda saxlaya bilirlər. 

Bunun səbəbi insanın göstərdiyi səylərdir: nə qədər çox olsa, tədris prosesi də bir o qədər yaxşı gedir.  Səthi oxumaq və sadə təkrarlama demək olar ki, heç bir əziyyət tələb etmir. Qeydlər etmək və ya oxuduğun məlumatı özü-özünə təkrar danışmaq üçün əsas məqamları müəyyənləşdirmək, onları emal etmək və sıralamaq tələb olunur. 

50/50 metodunu necə tətbiq etmək olar

Konspektlər yazın

Hər dəfə yeni bir şey öyrənəndə, yeni kitaba başlayanda və ya sizin üçün vacib olan mühazirəni dinləyəndə, bu anı tutun və əsas fikirləri dəftərinizə yazın. 

Öyrənmə prosesində qeydlər aparmağa vərdiş alsanız, daha yaxşı olar. 

Öyrəndiklərinizə yenidən qayıdaraq, unutma prosesinin qarşısını almış olursunuz və beyninizdə beyninizə yeni informasiyanı yadda saxlamağa kömək edirsiniz. Psixoloqlar bunu test effekti adlandırırlar. 

Qavrama prosesini daha effektiv olması üçün qeydləri qələm və kağız ilə aparın. Alimlər qələmin klaviatura ilə müqayisədə daha güclü koqnitiv əlaqələr yaratdığını söyləyirlər. Bunun səbəbi ondan ibarətdir ki, biz çox sürətli çap edirik və bu halda beyin informasiyanı “udmağı” çatdırmır. Əl yazısı daha çox vaxtımızı alsa da çox effektivdir. 

Öyrəndiklərinizi başqaları ilə bölüşün

Əgər özünüz mövzu haqqında az məlumatlı olsanız, narahat olmayın və onu nə qədər insana təkrar danışmağınız lazım olduğunu düşünməyin. Bunun heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, öyrəndiklərinizə və onları başqaları ilə necə paylaşa biləcəyinizə diqqət yetirin. 

Siz blog yarada və öyrəndiyiniz məlumatları orada yaza bilərsiniz. Podkastlar yazıb və ya video çəkib onu YouTube kanalınızda paylaşın. Əminik ki, qısa zamanda irəliləyiş əldə edəcəksiniz. 

Əslində, 50/50 metodu amerikan fizikaçı Riçard Feynmanın texnikasına bənzəyir. O, kvant fizikası kimi mürəkkəb mövzuları asanlıqla başa sala bilmək bacarığı ilə məşğul olmuşdur. Riçard Feynmanın əsas məqsədi də budur – biliklərini başqalarına asa dildə ötürmək. Başqa sözlə desək, özünüzün xətrinə başqalarını öyrədirsiniz. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər