5 C
Baku
Friday, January 10, 2025

Daha çox zövq verən 20 peşə

City & Guilds Britaniya şirkətinin apardığı tədqiqat göstərdi ki, kosmetoloq və saç ustaları öz peşələrindən daha çox zövq alırlar.

20 peşə sahibi olan 1000 nəfər arasında aparılmış tədqiqat göstərdi ki, öz peşəsindən ən az zövq alan insanlar inşaatçılar və tikinti işləri ilə məşğul olan ikinci dərəcəli işçilərdir.

Birinci yeri kosmetoloqlar, ikinci yeri isə saç ustaları tuturlar, hərbçilər isə üçüncü yerdədir.

“Xoşbəxtlik indeksinə” görə əməkhaqqı peşədən zövq almaq üçün əsas amil kimi çıxış etmir.

Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, yaxşı iş mühiti və mehriban həmkarlar, eləcə də pul mükafatları hər şeydən daha vacibdir. Lakin sorğusu alınmış insanların yarıdan çoxu təsdiq ediblər ki, məhz əməkhaqqının həcmi onları cari iş ilə məşğul olmağa vadar edir.

City & Guilds-in direktoru Bob Koeyts bildirib: “İşə götürənlər üçün işçilərin daha xoşbəxt olması əmək məhsuldarlığının artırılması üçün əsas həlledici amillərdən biri olur və onlar bunu inkar edə bilməzlər”.

“Şirkətlər artıq yaxşı başa düşürlər ki, əməkhaqqını artırmaqla işçiləri saxlamaq mümkün deyil, buna görə də onlar iş yerlərində stressin səviyyəsini aşağı salmalıdırlar. Əks halda onlar qeyri-məhsuldar əməklə qarşılaşacaq və hətta əməkdaşlarınız digər rəqib şirkətlər tərəfindən öz sıralarına çəkilə bilər”.

Bu yanaşmanın vacibliyinə baxmayaraq, işə götürənlərin yalnız 20%-i bu haqda düşünür və yalnız 10% rəhbər işçilərinə evdə işləməyə icazə verir.
20 peşə üzrə “xoşbəxtlik indeksi” belə görünür:

1. Kosmetoloq
2. Saç ustaları
3. Hərbçilər
4. Baş aşpazlar
5. Satıcılar
6. Müəllimlər
7. Marketoloqlar
8. Mühasiblər
9. Katibələr
10. Su təchizatçıları
11. Mühəndislər
12. Memarlar
13. Jurnalistlər
14. Avtomexanik/mexaniklər
15. Kadrda olan hərbi qulluqçu
16. “Call-center” işçiləri
17. İT-mütəxəssislər
18. Tibb bacıları
19. Bankirlər
20. İnşaatçılar/ikinci dərəcəli işçilər

Son xəbərlər
Digər xəbərlər