20 C
Baku
Monday, June 16, 2025

Daha iki aviaşirkət İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırır

“Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

Aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa – iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya – iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər