13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Daha iki ölkədən quşların və heyvanların idxalını məhdudlaşdırıb

faizlere

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən məlumata görə, Küveyt Dövlətinin Əl Cəhra (Al Jahra) inzibati ərazisində yüksək patogen quş qripi xəstəliyi, Xorvatiya Respublikasının Primоrskо-Qоrаnskа (Primorje-Gorski) inzibati ərazisində blutanq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Küveyt Dövlətinin Əl Cəhra inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının, Xorvatiya Respublikasının Primоrskо-Qоrаnskа inzibati ərazi vahidindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Küveyt Dövlətindən və Xorvatiya Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər