Azərbaycan Respublikası ilə Rusiya Federasiyası (2006-cı il 25 avqust tarixli) və İran İslam Respublikası (2012-ci il 8 fevral tarixli ) arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə sərəncamında dəyişiklik edilib.
Banker.az-ın xəbərinə görə, bununla bağlı Prezident sərəncam imzalayıb.
Bu bu quruma indiyə qədər İqtisadiyyat naziri sədirlik edəcəyi halda bundan sonra Baş nazirin müavini, daha dəqiq desək yenidən sabiq İqtisadiyyat naziri olmuş Şahin Mustafayev sədirlik edəcək.
Rusiya F. üzrə |
İran İ.R üzrə |
“Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.
|
“Komissiyanın həmsədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
|