10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Daha iki şirkət “PMD Group”a qoşulduqlarını elan etdi

“Xəzər-Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Hillside Apartments” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.

Banker.az-ın məlumatına görə, “PMD GROUP” MMC “Xəzər-Turizm” MMC ilə “Hillside Apartments” MMC-nin ona qoşulmaları nəticəsində yenidən təşkil edildiyini elan edir.

Qeyd edək ki, bundan əvvəl “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “A-Grade Real Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan etmişdir.

Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X