- Diqqətimi düzgün yöndə cəmləşdirmişəm?
Bəzən işlər üst-üstə yığılır. Düşünürsünüz ki, daha çox işləsəniz, daha çox iş çatdıra biləcəksiniz? Yox. Məhsuldarlıq planlaşdırma və prioritetlərin müəyyən edilməsindən başlayır. Özünü tərifləməyə və ya əksinə “danlamağa” başlamadan əvvəl sual verin:
- Pozitiv düşünürəm?
Həyatınızın hansı tərəfinə daha çox yönəlirsiniz: əlinizdə olanlara, yoxsa əlinizdə olmayanlara? “Hər iksinə!” – deyəcəksiniz. Lakin özünüzü diqqətlə dinləyin və dürüstlüklə cavab verib, ağlınızda hansı fikirlər üstünlük təşkil edir: neqativ və ya pozitiv?
Əlinizdə olmayan şeylər üzərində konsentrasiya olmaq olmaz. Belə ki, insan beyini radio kimidir: əgər onu “Hər şey pisdir” dalğasına sazlasan, çox güman ki, eynisini almış olacaqsan. Yox, əgər daha müsbət və optimistik tərəfi seçsən, tez bir zamanda xoş dəyişikliklər baş verəcəkdir. Düşüncələr enerji yaradır.
Əlinizdə olana dəyər verməyi öyrənin – bu, uğurun ayrılmaz hissəsidir.
- Çətinliklərə necə yanaşıram?
Hiperpozitiv düşünsəniz belə, problemlər olacaqdır. Bu qaçırılmazdır. Necə deyərlər, “Shit happens”. Hər şeyi idarə etmək mümkün deyil. Sadəcə bu faktı qəbul edin və çətinliklərə necə reaksiya verdiyinizi düşünün.
– həyatınızda distruktiv bir hadisə baş verdikdə (xəstəlik, işdən çıxarılma, qəza, boşanma);
– hər hansı bir sahədə rəqibiniz ortaya çıxdıqda;
– böyük bir problemlə qarşılaşdıqda özünüzə “Niyə mən?!” sualını verirsiniz, yoxsa maneəni yeni nailiyyətlərə doğru aparan tramplin kimi görürsünüz?
Düz başa düşmüsünüz: çətinlikləri imkan mövqeyindən nəzərdən keçirmək lazımdır. Bununla yanaşı, əldən verilən fürsətlərə görə özünü günahlandırmaq da mənasızdır. Siz özünüzü istədiyiniz qədər danlaya bilərsiniz – heç nə kömək etməyəcək. Hər şey artıq keçmişdədir. Nəticə çıxarın və irəliləməyə davam edin.
Keçmiş – indiki zamanın fundamentidir. Onu təhlil etmək lazımdır: nələr doğru idi, nələr yanlış? İnanın ki, həyatınızın qısa zamanda köklü şəkildə dəyişməsinə özünüz də təəccüblənəcəksiniz.
- İnkişaf etmək üçün nə edirəm?
IQ-nun neçə olması və ya diplomların sayı heç bir əhəmiyyət kəsb etmir – hərəkət olmasa, intellekt və biliklər də lazımsızdır. Real addımlar atın!
Bu gün hazırladığınız yaxşı plan, sabah hazırlayacağınız mükəmməl plandan üstündür. Əsl uğurlu insanlar uyğun vaxtı gözləmirlər, əksinə dərhal yeni ideyanın realizəsinə başlayırlar. Alınması? Okey. Təhlil et və yoluna davam et.
- Hansı alətlər mənə uğurlu olmağa kömək edir?
Artıq çəkidən qurtulmaq istəyirsiniz, ancaq çox yorulursunuz deyə düzgün qidalanmanı və məşqləri təxirə salırsınız. Siz arıqlamayacaqsınız. Biznesinizi yeni səviyyəyə çıxarmaq istəyirsiniz, amma strateji məsələlərlə deyil, rutin işlərlə məşğul olursunuz.
Həyatda çox şey özü-özünə baş verir. Dəyişikliklərin əksəriyyəti güclü səy tələb edir. Məsələn, əgər maliyyə problemlərindən əziyyət çəkirsinizsə, borclu olduğunuz məbləği stikerə yazıb monitorun üzərinə yapışdırın.
Tutduğunuz istiqaməti saxlamaq üçün xüsusi alətlərdən istifadə etmək lazımdır. Bütün işlərinizi təqvim və ya tətbiq vasitəsilə planlaşdırın.