Daha yaxşı yaşamaq üçün sizdən daha ağıllı olan insanlarla danışın

Bloqqer və sahibkar Skott Yanq tətbiqetmənin insanlar tərəfindən tez-tez görməməzlikdən gəldiyini qeyd edir və onların mənimsənilməsinə dair üç tövsiyə verir.

Bu yaxınlarda əsas tətbiqatların siyahısını paylaşmışdım – daha keyfiyyətli həyat yaşamaq üçün hər kəsin etməli olduğu şeylər. Əlbəttə ki, bu mənim şəxsi seçimimdir. Sizin siyahınız mənimkindən bir qədər fərqlənə bilər.

Lakin oxucuların çoxu mənim seçimimlə razılaşdı. Fundamental tətbiqatlar açıq olmalıdır; əgər bu belə olmasaydı, onların nə dərəcədə faydalı olduqları barədə mübahisələr gedərdi.

Buna baxmayaraq, bu metodlardan birini insanlar nadir hallarda istifadə edirlər. Onlar idmanla məşğul olurlar, kitab oxuyurlar, xərclərini izləyirlər və zərərli vərdişlər üçün baryerlər qururlar.. lakin bu addıma gələndə, çox vaxt “Doğrudur, həqiqətən bunu etməyə başlamalıyam” deyirdilər.

Daha sadə təcrübə

Bu gün sizdən daha ağıllı olan (və ya ən azından bir sahədə sizdən daha irəlidə olan) insanlarla mütəmadi olaraq ünsiyyət qurmaqdan danışacağıq. Bəlkə də bu boşluq dinləyicilərimin xüsusiyyətidir. Belə ki, mən ayda on kitab oxuyan, lakin yeni insanla söhbətə başlamağa çətinlik çəkən introvertləri adətən daha çox cəlb edirəm.

Təklif etdiyim təcrübə asan olmasa da, son dərəcədə dəyərlidir. Onda ən azı bir neçə böyük fayda görürəm. Gəlin, onlardan danışaq.

1. Kitablar ümumi bir şey verir, ünsiyyət isə – konkret

Bir qadın mənə çox kitab oxuduğunu və bu kitabların digər insanlarla ünsiyyət qurmaqla eyni qədər fayda verdiyini söyləmişdi. Doğrudur, kitabların çox faydalı olması isə razıyam, amma bu iki metodun bir-biri ilə üst-üstə düşmədiyi məqamlar var.

Birincisi, kitablar ümumi məsləhətlər verməyə meyllidir, biz isə çox vaxt fərdi yanaşmaya ehtiyac duyuruq. Bizə yalnız “uğurlar” barədə tövsiyələr deyil, karyeramıza təkan verən işarə lazımdır. Kitablar – atlasdır, bizə isə bələdçi lazımdır.

2. Bir çox vacib bilikləri yazmaq olmur

Başqa insanlarla ünsiyyətdən öyrəndikləriniz kitablardan əldə etdiyiniz biliklərdən daha dərindir. Biz insanların sosial kontekstdə öyrənməyi bacardığını bilirik. Və çox vaxt uğurlu metodikaları heç kim onların necə işlədiyini başa düşməsə belə öyrənirik.

Məsələn, təcrübələrdən birində tədqiqatçılar iştirakçılardan sadə maşın qurmalarını istədilər. Səhvlər etmək yolu ilə onlar sürətli irəliləyiş əldə etdilər. Lakin onlardan layihənin nəzəriyyəsi haqqında soruşulanda, əksəriyyət bu ideyanı qeyri-adekvat kimi xarakterizə etdi. Buradan belə nəticəyə gələ bilərik: insanlarla birbaşa (və ya Zoom vasitəsilə) qarşılıqlı münasibət qurduğunuz zaman yalnız metodları və nəzəriyyəni deyil, eyni zamanda tətbiqləri, inancları və yekun nəticədə təsir göstərən digər faydalı məlumatları öyrənirsiniz.

3. Əlçatanlıq – fürsətdir

Köhnə, amma çox faydalı olan ifadə: “Əsas olan bildiyiniz məlumatlar deyil, tanıdığınız insanlardır”. Əlbəttə ki, bir çox peşədə bu tamamilə fərqlidir. Məsələn, çoxlarımız bir çox digər həkimləri tanıyan birini deyil, tibbi təhsili olan peşəkarı seçərdi.

Lakin bu fikirdə müəyyən bir məna var. Fürsətlər digər insanlar vasitəsilə həyata keçirilir. Bilməli olduğunuz hər şeyi bilsəniz belə, insanlarla ünsiyyət qurmaq vacibdir. Unutmayın ki, bu sizin üçün yeni imkanlar açır.

Ünsiyyəti necə qurmaq lazımdır

Bəziləri üçün cavab bəllidir: əgər ekstravertsinizsə və yeni insanlarla tanış olmağı sevirsinizsə, ehtimal ki, artıq çox insanla təmasda olursunuz və müxtəlif sahələrdə müvəffəq olan bir çox dostunuz var.

Lakin oxucuların sayını nəzərə alsaq, bu sahə bir çoxları üçün zəif məqamlardan biri olduğunu söyləyə bilərik. Buna görə konkret strategiyalar hazırlamaq lazımdır. Onlardan bəzilərini sizə təqdim edirik.

1. Tanıdığınız insanlara zəng edin

Bu işdə uğur qazanmağın ən sadə yolu – tanıdığın insanlarla mütəmadi olaraq əlaqə qurmağı öyrənməkdir. Problem ondadır ki, bir çox insan passivdir,  ünsiyyətdə maraqlı deyil və nadir hallarda təşəbbüs göstərirlər, buna görə onlara təkan vermək lazımdır.

2. Xahiş edin ki, sizi təqdim etsinlər

Növbəti sadə addım – xahiş edin ki, sizi təqdim etsinlər. Əgər biznes haqqında daha çox öyrənmək istəyirsinizsə, bu işdə müvəffəq olan sahibkarlarla ünsiyyət qırmağınız məqsədəuyğundur. Dostlarınız arasında sorğu keçirin, bəlkə kiminsə elə bir tanışı var?

3. Həmfikir insanlarla əlaqə qurun

Və son məsləhət: əgər kimsə ilə ünsiyyət qurmaq istəyirsinizsə, ona elektron məktub göndərin. Təəccüblüdür, amma bu çox vaxt işləyir. Yaxşı olar ki, öz bloqunuz olsun, məsələn, Medium və ya Twitter.

Niyə insanlar bu texnikadan istifadə etmirlər

Daha əvvəl yazdığım kimi, insanlar daha çox idmana, kitab oxumağa və ya yuxuya üstünlük verirlər. Və bu qəribədir, çünki insanlarla ünsiyyət qurmaq ən sadə metodikalardan biridir. Aydındır ki, söhbət “rədd” cavabı almaq qorxusundan gedir. Bəlkə, göndərdiyim elektron məktuba cavab almayacağam? Bəlkə heç bir tanışım yoxdur, kimə müraciət etməliyəm? Və s.

Biz unuduruq ki, cavabın olmaması heç nə demək deyil. İnsan sizin xahişinizə əhəmiyyət verməyib və bunun sizin nüfuzunuza heç bir təsiri yoxdur. Əlbəttə, insanları bezdirmək lazım deyil. Çalışın ünsiyyət qurmaqda maraqlı olmayanlara yazmayın. İcrası çətin olan təcrübələr daha dəyərlidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.