Daha yeddi ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan edilə bilər

Donald Tramp ABŞ-da girişi məhdudlaşdırılmış ölkələrin siyahısını genişləndirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən “Politico” məlumat verib.

Verilən məlumata görə, siyahıya Belarus, Qırğızıstan, Nigeriya, Myanma, Eritreya, Sudan və Tanzaniya əlavə edilə bilər. Bildirilir ki, siyahı yenidən dəyişdirilə bilər.

ABŞ-a giriş məhdudiyyətlərinin genişləndirilməsi ilə bağlı qərar rəsmi olaraq 2020-ci il yanvarın 27-də açıqlanacaq.