Silvester Stallone: O doğularkən üzünün sinir ucları zədələnir. Yanaqları, dodaqları və dili iflic olaraq da qaldı.
11 yaşı olduqda isə valideynlərinin boşanmasının şahidi olur.
O artıq 13 yaşına qədər 10-dan çox məktəb dəyişmişdi. O pis davranışlarına görə oxuduğu məktəblərdən uzaqlaşdırılırdı.
Məktəbdə o yaxşı danışmaması və kiçik boyuna görə ələ salınırdı.
O 24 yaşına qədər zooparkda qəfəsləri təmizləyən və restoranlarda qapıçı işləyirdi.
O daim aktyor olmağı arzu edirdi, lakin xarici görünüşündə və danışığındakı qüsurlara görə ona rol vermirdilər.
Dəfələrlə 300-dən çox kino studiyanı ziyarət edirdi. Lakin bunun heç bir nəticəsi olmurdu və heç kim onu baş rola qəbul etmək istəmirdi.
Onun 30 yaşı olduqda həyat yoldaşının razılığı olmadan onun zinət əşyasını satır. Bunun da nəticəsi olaraq qadın onu bir yaşlı uşağı ilə tərk edib gedir.
Daha sonra o öz itini qidalandırmağa heç nə tapmadığı üçün 50 dollara satır.
Elə bu zamanlar o bir barda əyləşərək onu ilhamlandıran boks yarışına baxırdı. Dahi rəssam 2 gün ərzində bir film ssenarisi yazır və özü baş rolda oynayacağı şərti ilə 25 min dollara satır.
Bu film ona inanılmaz uğur qazandırdı və film 10 nominasiya üzrə “Oscar” mükafatına layiq görülmüşdü. Bunun sayəsində aktyor milyonlarla dollar gəlir əldə etmişdi. Onun cəmi 2 günə yazdığı filmin adı isə “Rocky” idi.