14 C
Baku
Friday, November 22, 2024

Dahi biznesmenlərin hiyləgər gedişləri

1. Kişi kostyumları dükanın sahibi öz satışlarını artırmaq istəyirdi. O, min ədəd fərqli qəpik sifariş etmişdi, bu qəpikləri hansısa ölkənin pullarını xatırladırdı. Bu qəpiklər, platin, qızıl və gümüşlə örtülmüş və bütün dükanlara paylanmışdı. Satıcı kostyumu bağlama kimi hazırlayıb, müştəriyə verən anda gizli şəkildə kostyumun cibinə həmin qəpiklərdən birini qoyurdu. 

Belə güman olunurdu ki, alıcı bu ilk görünüşdə bahalı təsir bağışlayan qəpiyi tapacaq, onu öz qohumlarına, tanışlarına iş yoldaşlarına göstərəcək, əlbəttə ki, bu zaman pencəyi və ya kostyumu harada aldığını da söyləyəcək. Amma ilk ay ərzində satışlar o qədər də dəyişmədi. Halbuki, artıq növbəti ay ərzində satışlar 3,5 dəfə artmışdı.

2. Bakıda məşhur restoran şəbəkələrindən birinin sahibi marketinqə olduqca az pul xərcləyirdi. Amma buna baxmayaraq, onu restoranında həmişə çox adam olardı. Bəs, o buna necə nail olub? Hər dəfə o yeni dükan açanda möhtəşəm bir ziyafət təşkil edir və şəhərin bütün saç ustalarını bu tədbirə dəvət edirdi. Onlar əylənir və restoran sahibinin hesabına olduqca dadlı yeməklər yeyirdilər. Növbəti gün isə gözəl əhval-ruhiyyə ilə işə başlayırdılar.

Bəs saç ustaları necə işləyir. Məhz onlar hər gün müştərilər ilə sıx ünsiyyətdə olurlar. Bir neçə həftə ərzində onlar böyük məmnuniyyətlə çox gözəl bir gecə keçirməyin mümkün olduğu restoran haqqında informasiya yayırlar.

3. Hələ 20-ci əsrin əvvəlində Rusiyalı iş adamı Nikolay Şustov işə onlarla tələbə götürür, bu tələbələr Moskvadakı bütün yeməkxanaları gəzib, “Şustov” konyakı sifariş edirdilər. Əgər belə konyak olmazsa onlar səs-küylü qalmaqal qoparır və dava salırdılar. Beləliklə qəzetlər bu haqda yazmağa başlayır, şəhər isə yeni spirtli içki brendi ilə tanış olur.

Son xəbərlər
Digər xəbərlər