19 C
Baku
Sunday, April 28, 2024

Dahi iqtisadi tənqidçi – Benjamin Anderson

Benjamin Anderson (1 may 1886 – 19 yanvar 1949) Avstriya məktəbinin amerikalı iqtisadiyyatçısı idi. Benjamin Missuri ştatı, Kolumbiyada biznesmen və siyasətçi olan Benjamin Maklin Andersonun ailəsində dünyaya gəlmişdi. Onun 16 yaşı olanda Missuri Universitetinə daxil olmuş və 1906-cı ildə humanitar elmlər üzrə bakalavr dərəcəsinə nail olmuşdur. Bakalavr dərəcəsi aldıqdan sonra Anderson siyasi iqtisadiyyat, Missouri Valley College-də isə sosioloq professoru vəzifəsinə təyin olundu. Bir il ərzində orada işlədikdən sonra o Missuri Sprinqfilddə State Normal School-da sosiologiya və siyasi iqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə layiq görüldü.

1910-cu ildə Anderson Urban-Şampeyndə İllinois Universitetində humanitar elmlər üzrə magistr dərəcəsinə yüksəldi və bir il sonra Kolumbiya Universitetində fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. Daha sonralar onun namizədlik dissertasiyasının bir hissəsi Social Value: Theory, Critical and Constructive başlığı altında dərc olunmuşdu.

Elmi fəaliyyəti

Doktor dərəcəsi aldıqdan sonra Anderson Kolumbiya Universitetində, daha sonra isə Harvard Universitetində müəllimlik etməyə başladı. Bu dövrdə o pul miqdarı nəzəriyyəsinin tənqidi olan “Value of Money” adlı kitabını yazdı. 1918-ci ildə o Nyu-Yorkun Milli Kommersiya Bankında (National Bank of Commerce) işləmək üçün Harvard Universitetini tərk etdi.

Lakin o burada da cəmi iki il işlədikdən sonra Chase National Bank onu iqtisadçı və “Chase Economic Bulletin”in redaktoru vəzifəsinə dəvət etdi.

Məhz bu dövrdə Anderson pul, kredit, beynəlxalq iqtisadi siyasət, kənd təsərrüfatı, vergilər, müharibə, rəhbərlik borcları və iqtisadi planlaşdırmaya adi tənqidi məqalələr yazmağa başladı. O yeni kursun başlıca düşməni idi və böyük coşqu ilə qızıl standartını dəstəkləyirdi.

1939-cu ildə Anderson Los-Ancelesdə Kaliforniya Universitetinin iqtisad professoru vəzifəsi ilə elmi fəaliyyətə geri döndü. O 1949-cu ildə ürək tutmasından vəfat edənəcən bu vəzifədə qaldı.

Elmi əsərəri

  • Social Value: A Study in Economic Theory Critical and Constructive (1911)
  • The Value of Money (1917) (e-text)
  • Effects of the War on Money, Credit and Banking in France and the U.S. (1919)
  • Economics and the Public Welfare: A Financial and Economic History of the United States), 1914—1946 (1949)
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər