-3 C
Baku
Sunday, December 15, 2024

Dahi alimlərin qəribəlikləri…

“Alim” və “qəribə” sözləri demək olar ki, sinonim təşkil edir. Həqiqətən də, beyinlərində dünyanı dəyişən ciddi nəzəriyyələr yaradan insanlar məişət həyatlarında öz qəribə davranışları ilə seçilmişlər. Məsələn, riyaziyyatçı Dekart öz nəzəriyyələrini yalnızca uzanmış vəziyyətdə düşünüb yaradırdı. 

İsaak Nyuton isə bir dəfə düşüncəli şəkildə əlində tutduğu cib saatını yumurta əvəzinə suda qaynatmışdı…

Eynşteyn isə daim öz xüsusi dünyasında idi. Qarşısındakı insan dahi alimə öz fikrini çatdırmaq və hətta özünü ona eşitdirmək üçün cümləsini bir neçə dəfə təkrar etməli idi. Bu yaxınlarda isə Eynşteynin öz həyat yoldaşına yazdığı məktub ortaya çıxmışdı. Bu məktubda alim etiraf edirdi: “Hətta ən təntənəli tədbirlərdə belə mən corabsız olurdum. Corablarımın yoxluğunu isə hündür çəkmələr sayəsində gizlədirdim”.

Bəzən isə alimlər öz sahələrinə və elm adamlarına bir qədər də uyğun gəlməyən məşğuliyyətlər ilə məşğul olmuşlar. Məsələn, Nils Bor ölkənin futbol yığmasına daxil idi. Pifaqor isə yumruq döyüşü üzrə ilk olimpiya çempionu olmuşdur. Mendeleyev isə çemodan hazırlanmasının böyük həvəskarı idi. Onun tərəfindən yaradılan çemodanlar o qədər gözəl və keyfiyyətli idi ki, onları əldə etmək istəyənlərdən ibarət növbə də yaranırdı.

Fizika sahəsi üzrə Nobel mükafatı laureatı Lev Landau kart oynamağı sevirdi və həmişə deyirdi: “Bu sizin üçün fizika deyil. Burada düşünmək lazımdır..”

Son xəbərlər
Digər xəbərlər