12 C
Baku
Monday, November 25, 2024

Dahilik yaşa baxmır – Anna Mariya Mouzes

Əgər 33 yaşına qədər həyatda xüsusi yaddaqalan heç nəyə nail olmamısınızsa, bu hələ həyatın sonu demək deyil. Pərişan olmağa dəyməz, bəlkə hələ hər şey qabaqdadır. Budəfəki sil-silədə sizə müəyyən yaşların qədər uğursuz və bəxtsiz hesab edilən, lakin nəhayətdə həyatlarında dönüş yaratmağa müvəffəq olan yadda qalan şəxsiyyətlərin həyatlarından maraqlı faktlar təqdim edəcəyik. İlk qəhrəmanımız Anna Mariya Mouzesdir.

Mouzes nənə məşhur amerikalı rəssamdır, o «ibtidai incəsənət» janrının nümayəndəsidir. Mouzes adi çoxuşaqlı fermer ailəsində dünyaya göz açıb, elə fermerə də ərə gedib və bütün həyatı boyu kənd təsərrüfatı ilə məşğul olub. O tikiş tikməyi çox sevir və evi əsasən öz əl işləri ilə bəzəyirdi. 70 yaşı olanda nənədə artrit əmələ gəlir, tikiş tikmək getdikcə çətinləşir və şəkil çəkməyə başlayır. 1938-ci ildə, yəni Anna Mariyanın artıq 78 yaşı olanda, Nyu-Yorklu kolleksiya sahibi onun aptekdə sərgiyə düzülmüş bəzi rəsmlərini görür (o, bu şəhərdə sadəcə yolüstü imiş). Rəsmlərdə kənd həyatının adi məişət səhnələri təsvir olunmuşdu. Kolleksiya sahibi sərgidəki bütün şəkilləri alır.

Növbəti il ərzində rəssam xanımın fırça işləri Nyu-York qalereyalarında görünməyə başlayır. 40-cı illərdə isə xanım rəssamın bir-çox Avropa ölkələrində və Yaponiyada sərgiləri baş tutur. 1941-ci ildə Mouzes nənə Nyu-York ştatı mükafatına layiq görülür, 1949-cu ildə prezident Harri Truman özü şəxsən ona Milli Amerika mətbuat-klubunun mükafatını təqdim edir. Rəssamın 100 yaşı tamam olanda, jurnal “Life” onun şəklini jurnalın üz qabığına yerləşdirir. 2004-cü ildə rəssamın bir zamanlarda 110 dollara satdığı “Köhnə meşə evi, 1862” adlı əsəri auksiondan 60 000 dollara alınır.

Son xəbərlər
Digər xəbərlər