10 C
Baku
Thursday, December 12, 2024

Dahilik yaşa baxmır – Çarls Bukovski

Həyatda hər zaman dönüş etmək mümkündür. Bukovskinin ömür yolu bunun əyani sübutudur.

Yazıçı çox çətin uşaqlıq dövrü keçirib. O kasıb ailədə dünyaya göz açıb, atası tez-tez onu döyürdü. Öz həmyaşıdları arasında onu görmək istəyən yox idi, spirtli içkilərə aludə olmuşdu. Yazıçının 20 yaşı olanda atası onun otaqda gizlədilmiş əlyazmalarını tapır. Və həmin vərəqləri oğlunun digər əşyaları ilə birlikdə pəncərədən havaya ataraq – “heç kəs heç vaxt belə zibili oxuyan deyil” sözlərini deyir.

Həqiqətən də Bukovskinin ilk nəşrləri heç kəsin diqqətini cəlb etmir. 32 yaşında o, poçtalyon kimi işə düzəlir. Daha iki il sonra isə o daimi sərxoşluq nəticəsində əmələ gələn güclü qanaxmadan az qala həyatını itirmişdi. Xəstəxanadan çıxandan sonra yazıçı yenidən ədəbiyyata qayıtmaq qərarına gəlir.

Poçtda işləməyə davam edərək, o öz yazılarını çox da böyük olmayan jurnallara dərc etməyə verir. 40 yaşı olandan sonra isə o, romanlar yazmağa başlayır. Ona şöhrət gətirən isə demək olar ki, öz avtobioqrafiyası əsasında yazdığı “Sərxoş” kinofilminin ssenarisi olur. İndi Çarls Bukovskini müasir amerikan ədəbiyyatının klassikləri sırasına daxil edirlər. Bukovski çirkli realizm adlanan ədəbi janrın təmsilçisi hesab olunur. Müəllifin 16 kitabda toplanmış 200-dən artıq hekayəsi, 6 romanı və 30-dan artıq bədii kitabı vardır.

Son xəbərlər
Digər xəbərlər