6 C
Baku
Friday, January 17, 2025

“Daim haqlı” olan insana necə qalib gəlmək olar?

Yəqin ki, bir çoxlarınızın daim özünü haqlı hesab edən və digərlərinin fikrini qəbul etməyən dostu olub. Hətta belə bir sevdiyiniz insan olubsa vəziyyətinizin iki qat ağır olduğunu təxmin etmək elə də çətin deyil. Bu məqalədə sizə belə insanlarla necə ünsiyyət qurmağı və ən əsası onlara necə qalib olmağı öyrədəciyik:

Mübahisə:

  • Özünüzü qorumaq hissinə qapılmayın. Yadda saxlayın ki, bu insanlara birbaşa olaraq hücum etməklə qalib gələ bilməzsiniz. Onların fikrincə siz bütün bəla və problemlərin mənbəyisiniz və heç bir yolla onların fikrini dəyişdirə bilməzsiniz. Sizin fikriniz bir əhəmiyyət daşımır, çünki bunun həqiqətəndə belə olub-olmamasından asılı olmayaraq onlara görə siz günahkarsınız.
  • Vəziyyəti olduğu kimi qəbul edin. Belə bir insanla münasibət qurmalı olduğunuz üçün özünüzü günahlandırmayın.
  • Mübahisəni həll etmək üçün məsələyə üçüncü bir şəxsi cəlb etməyin. Bu problemi həll etməməklə bərabər həmin insanın fikrini də dəyişdirməyəcək.
  • Təsəvvür edin ki, qarşınızdakı bir uşaqdır. Bu insanların davranışları hər şeydən əvvəl uşaq davranışlarını xatırladır. Çünki uşaqlarla da bu insanlarla olduğu kimi məntiqi əsaslı söhbət yürüdə bilməzsiniz.
  • Heç kimi günahlandırmayın və bunun əvəzinə ona qarşı tutarlı faktlar hazırlayın.
  • Soyuqqanlı olun. Emosiyalarınızın ön cəbhəyə çıxmasına icazə verməyin.
  • Mehriban və xeyirxah görkəm alın. “Daim haqlı” insanlar buna dözə bilmirlər.
  • Bu davranışınızı görən “daim haqlı”- lar sizi özünüzdən çıxarmaq üçün hücuma keçəcəklər. Dözümlü və soyuqanlı olun.

Əks-hücuma hazırlıq:

  • Sağlam düşünün. Hadisələri tələsdirməyin.
  • Qarşınızdakı “daim haqlı”-nın gücünün bitməsini gözləyin.
  • Heç bir halda qismən də olsa günahınızı boynunuza almayın.
  • Rəqibinizin sizi əks-hücuma keçməyinizi çətinləşdirəcək küncə sıxmasına icazə verməyin.
  • Rəqibin təzyiqi altında özünüqiymətləndirmənizi itirməməyə çalışın.

Hücum:

  • İlk olaraq müzakirə edilməyəcək faktlardan başlayın. Bu halda rəqibiniz əks-hücuma keçə bilməyəcək və o özünə gəlmədən növbəti hücuma keçə bilərsiniz.
  • Həmin insanın hazırda kənardan necə göründüyünü ona izah etməyə çalışın. Lakin heç bir halda təhqirə yol verməyin.
  • Əgər bu “daim haqlı” insan sizə çox yaxındırsa və onu itirmək istəmirsinizsə gələcək barədə düşünün. Bu zaman “Sabah sən hər şeyi özün başa düşəcəksən, indi isə istəyərdim ki…” tipli cümlələrdən istifadə edin.
  • Yadda saxlayın ki, “hücumunuzun” sonunda elə bir mühit yaranmalıdır ki, siz mübahisəni sakit vicdanla bitirəsiniz. “Daim haqlı” insana edilən uğurlu hücumdan sonra onun özünü dərk etməsi üçün zamana ehtiyacı yaranacaq.
Son xəbərlər
Digər xəbərlər