6 C
Baku
Sunday, December 15, 2024

Daim irəli…

1. Belə bir anlayış var:  «Hər şeyə rəğmən irəli getmək». Sınayın, kömək edəcək.

2. Ağlınıza yeni bir ideya gəldikdə, dərhal bir kənara qeyd edin.

3. Gecikirsiniz? Bu haqda xəbər verməyin üsulunu tapın.

4. Başqalarının arzusuna lağ etməyin.

5. Sizə xəyanət edən insanlara geri dönməyin. Onlar heç vaxt dəyişmirlər.

6. Valideynlərinizlə çox vaxt keçirin – biz onları gözlənilmədən, qəfil bir vaxtda itiririk.

7. Nəzakətli olmaqla dünyaları fəth etmək olar. Bundan daha çox istifadə edin.

8. Səhvlərinizi qəbul etməyi öyrənin.

9. Daim gileylənmək vərdişindən əl çəkin. Başqalarının problemi heç kimi maraqlandırmır.

10. Qeybətlərə və şayiələrə yol verməyin.

11. İstənilən anlaşılmaz situasiyada yatın. Həmçinin istənilən hadisə zamanı “bu da keçəcək” anlayışını xatırlamaq faydalıdır.

12. Hətta ən ciddi mübahisələr zamanı insanları təhqir etməyin. Yaxşı halda barışacaqsınız, dediyiniz sözlər isə əbədi yadda qalacaq…

13. Daim həqiqəti deyin və hər zaman dediklərinizi yadda saxlamağa məcbur olmayacaqsınız.

14. Günün əvvəlində ən çətin və xoşagəlməz işi yerinə yetirin. Bu işi yerinə yetirdikdə gün boyu lazımsız fikirlər sizi izləməyəcək.

15. Heç kim heç kəsə borclu deyil. “Bunu etməyə borcluyam” sözünü unudun və öz lüğətinizdən çıxarın. Əks təqdirdə tək maddi deyil, həm də mənəvi cəhətdən borc içində üzəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər