Daimi kapital – istehsal prosesində öz dəyərini dəyişməyən kapitalın bir hissəsidir. Daimi kapital xüsusi işçi əməyinin yaradılan məhsula köçürülməsi ilə istehsalatın müxtəlif formalarında (dəzgahlar, maşınlar, avadanlıqlar, sənaye binaları, yanacaq, xammal və s.) mövcuddur. Daimi kapital həmçinin öz real məzmunu ilə əmək prosesində iştirak edərək istehsal faktoru kimi çıxış edir. Buna baxmayaraq o dəyərin artmasında iştirak etməyərək əlavə dəyər də yaratmır.
İşçi qüvvəsini irəli çəkən kapitalın digər bir hissəsi istehsal prosesində öz dəyərini dəyişir. Daha doğrusu nəinki öz ekvivalentini, hətta ondan artığını da yaradır. Daimi kapitalın müxtəlif hissələri öz dəyərini müxtəlif yollarla yeni yaradılan məhsula köçürür. Dəzgahlar, maşınlar, avadanlıqlar, sənaye binaları uzun illər öz dəyərlərini tədricən və hissələrlə istehsal olunan məhsula ötürərək istehsalat prosesində iştirak edirlər. Bu xüsusiyyət əsas kapitalı xarakterizə edir. İstehsalat prosesinin ikinci hissəsi (xammal, yanacaq, material) tamamilə istehlak olunur. Bir dövr ərzində o öz dəyərini bütünlüklə yeni yaranan məhsula ötürür.