1. Nəzərə alın ki, böyük sevgi və böyük müvəffəqiyyət böyük risklər doğurur.
2. Məğlub olanda siz topladığınız təcrübəni itirmirsiniz.
3. Üç əbədi qaydaya riayət edin: – Özünə hörmət et. – Digərlərinə hörmət qoy. –Öz hərəkətlərinin nəticələrinə görə məsuliyyətdən qaçma.
4. Yadda saxlayın ki, sizin istədiyiniz şeylər, heç də həmişə sizə lazım olan şeylər deyil.
5. Qaydaları ona görə öyrənin ki, onları düzgün şəkildə necə pozmağı biləsiniz.
6. Balaca mübahisənin böyük bir dostluğu pozmasına izn verməyin.
7. Əgər səhv etmisinizsə, onu düzəltmək üçün dərhal nə isə edin.
8. Bəzən təkliyə çəkilib, özün-özünə qulaq asmaq lazımdır.
9. Özünüzü azad hiss edin, amma sərhədləri pozmayın.
10. Yadda saxlayın ki, bəzən susmaq ən yaxşı cavabdır.
11. Ləyaqətli ömür sürün ki, qocalıqda xatırlayacaq hadisələr çox olsun.
12. Sevgi atmosferi bizim həyatımızın təməlidir.
13. Mübahisələrdə yalnız indiki zamandan danışın, keçmişi xatırlamayın.
14. Öz biliklərinizi paylaşın, bu ölümsüzlük qazanmağın yeganə üsuludur.
15. Yer kürəsi ilə nəzakətli davranın. Onu sevin.
16. İldə bir dəfə əvvəllər heç vaxt olmadığınız yerə yollanın.
17. Yadda saxlayın ki, ən yaxşı münasibətlərdə, hər bir yar, harada və kimlə olmasından asılı olmayaraq, həmişə sizi xatırlayır.
18. Bəzən istədiyinizi əldə etməkdən ötrü ondan imtina etmək lazım gəlir.