- Biznesdə ən vacib şey ən təsirli, uğurlu və etibarlı marketinq, reklam və satış strategiyalarını tapmaq və tətbiq etməkdir.
- Biznesin əsas imperativi maksimum dərəcədə çox qazanc əldə etməkdir.
- Əgər uğurlu olmaq istəyirsinizsə, biznes üzərində işləyin. Biznes sahibi yalnız strateji idarəçilik və marketinq ilə məşğul olur.
- İdeyanın həyata keçirilmə sürəti, sizi rəqiblərinizdən fərqləndirən əsas üstünlüklərdən biridir.
- Bəzən xaos və qeyri-müəyyənlik yaxşı bir əlamətdir.
- Müştəri ilə qurulan əlaqələr şirkətin imicini gücləndirməlidir.
- Biznesinizin standartlarını müəyyən edin (biznesin hər aspekti üçün real müştərilərin ehtiyaclarına əsaslanaraq). Bu, sizin “müştərilərlə sövdələşməniz” dir.
- Biznesin hər bir aspekti uçub “artıq yaxşıdır” nöqtəsini müəyyən edin.
- Müxtəlif şirkətlərdən və sənaye sahələrindən ideyalar götürün. Bu sizə rəqiblərinizlə müqayisədə üstünlük qazandırır.
- Bəhanələr və gəlir bir-birinə əks olan anlayışlardır. Hesab tablosu nəticəni göstərir (hər hansısa idman növünün arenası nəzərdə tutulur), çünki bu vacibdir.
- Mənfəəti necə artıra biləcəyimiz haqda düşünməliyik. Bu məqsədlə maksimum dərəcədə produktiv olduğunuz iş vaxtınızı artıra və yeni marketinq yollarını tapa bilərsiniz.
- Satış akt deyil, prosesdir. Ən təsirli satış alqoritmini müəyyən edin və bütün işçiləri ona dəqiq şəkildə riayət etməyə məcbur edin.
- Düzgün satış sistemi + düzgün satıcılar = əla nəticə
- Biznes sahəsində uğurlu olmaq üçün müştərini təqib etməyiniz lazımdır (follow-up). O cümlədən, “canlı” və aktual müştəri bazası.
- Ciddi nizam-intizam
- Sahibkar nəyi edə biləcəyini və bilməyəcəyini dəqiq olaraq başa düşməlidir. Bəzən uğur qazanmaq üçün müəyyən şeylərdən imtina etmək lazımdır.
- Bu və ya digər qərarı qəbul etməmək üçün bir çox bəhanələr tapa bilərsiniz. Çalışın məsələni dərindən öyrənin.
- Biznesdən gəlir əldə etmək istəyirsinizsə, hər gün edəcəyiniz üç işi müəyyən edin.
Özümüzdən deyə bilərik ki, biznes açmazdan əvvəl aşağıdakı suallara cavab verin:
- Satacağınız əmtəə və ya xidmətin alıcısı kimdir?
- Alıcı bu məhsula nə qədər pul verməyə hazırdır?
- bu məhsulu harada tapacaq və ya mən onu (məhsulu) haradan tapacağam?
- Məhsulun maya dəyəri nə qədər olacaq və