5 C
Baku
Monday, December 16, 2024

“Dana Burger” kafesi cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 24-də ölkə üzrə 367 ictimai iaşə obyektində 646 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs “Resant Consulting and Managment” MMC-yə məxsus “Xəzri” kafesi;

2. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 46, m.7A ünvanında yerləşən, fiziki şəxs Qaraşov Vasif Vaqif oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küçəsi 13V, məh.528 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Mirnemət Mirbəşir oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu, Əliyeva küç., ev 220 ünvanında yerləşən, fiziki şəxs Qasımov Coşqun Novruz oğluna məxsus “Mezzo cafe” kafesi;

5. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Həmzəyev Cavidan Həmzə oğluna məxsus “Dana Burger” kafesi;

6. Sumqayıt şəhəri, məh. 45 ünvanında yerləşən, fiziki şəxs Ağayarlı Təbriz Adil oğluna məxsus “Meyhane” kafesi;

7. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Cəfərli Hüseyn Səfəralı oğluna məxsus “Altun dönər” kafesi;

8. Lənkəran şəhəri, Osakücə kəndində yerləşən, fiziki şəxs Həbibov Firad Səyad oğluna məxsus kafe.

Son xəbərlər
Digər xəbərlər