21 C
Baku
Saturday, November 2, 2024

Danimarka Aİ-ni bərpa olunan enerji layihələrinin təsdiqlənməsi prosesini sürətləndirməyə çağırıb

Danimarkanın energetika naziri Dan Yorgensen Avropa İttifaqı ölkələrinin hökumətlərini bərpa olunan enerji mənbələri üzrə layihələrin təsdiqlənməsi prosesini sürətləndirməyə çağırıb.

Nazir bildirib ki, Aİ külək stansiyaları üçün doqquz ilə qədər vaxt apara biləcək icazə prosedurlarının yumşaldılması ilə bağlı bir neçə müsbət siqnallar göndərsə də, bunları (prosedurları – red.) daha da yaxşılaşdırmaq üçün potensial var.

“Söhbət təkcə tənzimləmədən deyil, həm də dövlət qurumlarının bu proseslərin öhdəsindən necə gəldiklərindən gedir. Necə etmək olar ki, layihəni həyata keçirən podratçı bunu tez bir zamanda həyata keçirə bilsin?” – deyə, Dan Yorgensen qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər