23 C
Baku
Friday, April 26, 2024

Danimarka haqqında maraqlı faktlar

1. Əksər danimarkalılar səhər saat 8-dən günorta saat 4-ə qədər işləyirlər.

2. Mağazaların əksər hissəsi saat 17-18 arası bağlanır. Belə iş rejimi vergi ilə əlaqədardır. Mağaza nə qədər çox açıq olursa, bir o qədər çox vergi tutulur. 

3. Muzdlu işçinin orta statistik gəlir vergisi 43%-ə bərabərdir. Vergi dərəcəsi gəlirlərin səviyyəsindən asılıdır.

4. Əksər danimarkalılar, xəzinəyə ödədikləri məbləğin dəqiq miqdarını bilməsələr də, bunun çox olduğundan əmindirlər.

5. İşçini işdən çıxarmamışdan 2 ay qabaq ona xəbərdarlıq etmək lazımdır.

6. Işə götürənlər əməkdaşlarını yeməklə təmin etməyə məcburdurlar (səhər yeməyi, nahar və şam yeməyi). Orta statistik danimarkalı hər ay qidaya orta hesabla təxminən €50 xərcləyir. Yerdə qalan hissəsini işə götürən ödəyir.

7. Iri şirkətlərdə aşpazları olan xüsusi yeməkxanalar fəaliyyət göstərir.

8. Velosipedlərdən geniş istifadə tarixən formalaşıb. Çünki İkinci Dünya müharibəsindən sonra benzin defisiti mövcud idi.

9. Əksər danimarkalı üçün avtomobil bahadır. Danimarkada avtonəqliyyata tətbiq olunan vergi çox yüksəkdir və hətta onun həcmi avtomobilin dəyərini belə aşır.

10. Minik avtomobillərini yük maşını formasında yenidən təchiz etməklə ondan istifadəyə görə vergi dərəcəsini azaltmaq mümkündür.

11. Danimarkada daşınmaz əmlak çox baha olsa da, keyfiyyəti kifayət qədər yaxşı deyil.

12. Danimarka interyerinin vacib elementi – böyük düz ekran televizordur. Bu heç də təəccüblü deyil: axşamlar televizora baxmaqdan başqa çarəniz yoxdur, çünki faktiki olaraq, etməyə başqa bir şey yoxdur. Televizordan başqa hər şey ya sağlamlığa ziyandır, ya da çox bahadır.

13. Danimarkalılar son dərəcə bacarıqlıdırlar. Onlar sanki qazanclı çıxacaqlarını əvvəlcədən hiss edir və bu şansı əldən vermək istəmirlər. Deyilənə görə, bu onlara vikinqlərdən qalıb.

14. Bacarıqlı danimarkalılar amerikanları sevmir və onlardan çəkinirlər. Yəqin ki, bu sonuncuların biznes sahəsində daha çevik olmaları ilə bağlıdır.

15. Danimarkada tibb xidmətləri pulsuzdur. Sığorta haqlarını isə dövlət ödəyir.

16. Danimarkada plastik butulkaları atmırlar, çünki onlar pul edir. Plastik butulkaları yığmaq sərfəlidir və heç də eyib sayılmır. Supermarketlərdə qəbul məntəqələri verilmiş qabın müqabilində alış-veriş üçün çek verirlər. Ona görə də Danimarka küçələrində istifadə olunmuş plastik qab tapmaq çətindir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər