14 C
Baku
Friday, May 17, 2024

Danimarka hava məkanını pozduğuna görə Rusiya səfirini çağırıb

Danimarka hava məkanını pozduğuna görə Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.

“Rusiya səfiri sabah Xarici İşlər Nazirliyinə çağırılır. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur”, – XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Rusiyanın “An-30” müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər