8 C
Baku
Sunday, November 17, 2024

Danimarka istismardan çıxarılan Leopard tanklarını Ukraynaya verəcək

Danimarka “tank koalisiyasına” qoşularaq, artıq ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə edilməyən Leopard 1A5 tanklarını Ukraynaya təhvil verəcək.

Bu barədə Danimarka mətbuatı yayıb. Bildirilib ki,  tanklar bir neçə ay ərzində Ukraynaya çatdırılacaq.

Qeyd olunub ki. istismardan çıxarılan “Danimarka Leopard 1A5” tankları Ukraynaya göndərilməzdən əvvəl tozdan təmizlənərək döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.

Nəşr qeyd edir ki, söhbət köhnə Leopard tanklarından gedir. Onlar artıq Danimarka Silahlı Qüvvələrinin bir hissəsi deyillər. 2010-cu ildə bu tanklar Almaniyanın FFG şirkətinə satılıb, lakin onlar hələ də Danimarkadadır.
“Gözlənilir ki, əməkdaşlıq sayəsində üçrəqəmli sayda köhnə alman tanklarını Ukraynada döyüş əməliyyatlarına çatdırmaq mümkün olacaq”, – mediada qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər