26 C
Baku
Saturday, July 5, 2025

Danimarka məşhur şirkətinin Azərbaycandakı törəməsinə yeni rəhbər təyin edilib

Danimarkanın dünyaca tanınmış dərman şirkəti “Novo Nordisk” şirkətinin Azərbaycandakı törəmə şirkəti “Novo Nordisk Azerbaıjan” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Sule Erdim Ersoy şirkətin rəhbəri təyin edilib.

Buna qədər qeyd edilən vəzifəyə Gülşabə Abbasova Sabir qızı rəhbərlik edirdi.

Sule Erdim Ersoy 11 ildir “Novo Nordisk” şirkətlər qrupunda çalışır.

Xatırladaq ki, şirkət Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 37 ünvanında 500 000 manatla dövlət qeydiyyatına alınıb.

“Novo Nordisk”ın əsası 1923-cü ildə qoyulmuşdur və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşir.

Şirkətin məqsədi diabeti və piylənməni, nadir qan və endokrin xəstəliklər kimi digər ciddi xroniki xəstəlikləri məğlub etmək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdan ibarətdir.

Qeyd edək ki, “Novo Nordisk” 2024-cü ildə ümumilikdə 45.81 mlrd. dollar (290.4 mlrd. krona) gəlirə qarşı 15.9 mlrd. dollar ətrafında xalis mənfəət edib.

Son xəbərlər
Digər xəbərlər