22 C
Baku
Monday, May 27, 2024

Danimarka Nigerə maliyyə dəstəyini dayandırıb

Danimarka hökuməti ölkədə hakimiyyətin hərbi xuntaya keçməsindən sonra Nigerə maliyyə dəstəyini dayandırıb.

Bunu əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Den Yorgensen deyib.

“Fakt budur ki, bu, hərbi xuntadır. Təbii ki, biz bunu birbaşa və ya dolayısı ilə Danimarka pulu ilə dəstəkləməyəcəyik”, – o deyib.

Bundan əvvəl Danimarka əməkdaşlıq müqaviləsi imzalayıb, ona görə Niger beş il ərzində 920 milyon kron (təxminən 140 milyon dollar) almalı idi.

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin, partiyaların hər hansı siyasi işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər