4 C
Baku
Saturday, February 24, 2024

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Danimarkanın Moskvadakı səfiri Yakob Henninqsen Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Buna səbəb kimi xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı diplomatın Danimarka mətbuatında bəyanatları göstərilib. Rusiya tərəfi bunu təxribat xarakterli hesab edib.

Rusiya tərəfi Rusiyanın iqtisadiyyatı və hüquqi bazası ilə bağlı bu tip qiymətləndirmələrin qəbuledilməz olduğunu diqqətə çatdırıb, həmçinin daxili işlərə müdaxiləyə yaxın addım hesab edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər