Danimarka “Ukraynadan Taxıl” layihəsi çərçivəsində taxıl sazişinə qoşulub.
Bu barədə Danimarkanın baş naziri Matte Frederiksen Odessada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə məlumat verib.
Frederiksen bildirib ki, Danimarka hər zaman Ukraynanı həm müharibədə, həm də yenidənqurmada dəstəkləyəcək.
Bundan əlavə, Zelenski Nikolayev limanlarının da taxıl müqaviləsinə əlavə edilməsinin vacibliyini vurğulayıb.
Ukrayna Prezidenti və Danimarkanın baş naziri Nikolayev vilayətinə, xüsusilə dəniz ticarət limanına da baş çəkib və Rusiya raket hücumu nəticəsində məhv edilmiş neft anbarlarına baxış keçiriblər.
Xatırladaq ki, 2022-ci il iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracına imkan yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk edib. Hazırda Ukrayna hökuməti “Ukraynadan taxıl” proqramı çərçivəsində yazın sonunadək 5 milyondan çox insanı taxılla təmin etməyə çalışır.