6 C
Baku
Saturday, December 14, 2024

Danimarka Ukraynaya verdiyi F-16-lardan Rusiyadakı hədəfləri vurmaq üçün istifadəyə icazə verəcək

Danimarka Ukraynaya Rusiyadakı hərbi hədəflərə hücum etmək üçün F-16 təyyarələrindən istifadə etməyə icazə verəcək.

Bu barədə Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen deyib.

Nazirin sözlərinə görə, F-16 təyyarələrinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbulu prosesinin əvvəlindən Danimarka bilirdi ki, bu təyyarələr Rusiyanın öz torpağındakı hərbi hədəflərinə qarşı istifadə edilə bilər.

“Qısa cavab “bəli”dir (Rusiya ərazisinə F-16 zərbələrinin endirilməsi ehtimalı ilə bağlı suala- red.). Bu, yeni mövqe deyil, bu, bizim töhfəmizin bir hissəsidir. Biz bunu Danimarka parlamentində Xarici Əlaqələr Komitəmizlə müzakirə etdikdə çox açıq şəkildə bildirdik ki, bu özünümüdafiənin bir hissəsidir və bu, çox güman ki, Rusiya ərazisindəki hərbi obyektlərə hücumları da nəzərdə tutacaq”, – Danimarka naziri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər