-1 C
Baku
Saturday, December 14, 2024

Danimarka və Almaniya dəniz külək enerjisinin gücünü artırmaq niyyətindədir

Danimarkanın xarici işlər naziri Yeppe Kufud və Almaniyanın xarici işlər naziri Annalena Berbok yeni Danimarka-Almaniya Fəaliyyət Planını imzalayıblar.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir.

Planda bildirilir ki, Ukraynadakı vəziyyət ilə əlaqədar əsl “yaşıl” keçidə ehtiyac daha da güclənib.

“Həyata keçirilən bir çox konkret təşəbbüslər arasında Danimarka və Almaniyanın Rusiyadan qalıq yanacaq idxalını əvəz etmək üçün Şimal və Baltik dənizlərində dəniz külək enerjisinin gücünün kəskin şəkildə artırılmasına dair razılaşma da var”, – sənəddə bildirilir.

Fəaliyyət Planı ekoloji keçid, azlıqların hüquqları, Danimarka-Almaniya sərhədində iş, rəqəmsallaşma, səhiyyə, qida və s. daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Bundan əlavə, tərəflər ümumi təhlükəsizlik sahəsində, eləcə də silahlara nəzarət və tərksilah sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər. “Gələcəkdə ildə bir dəfə görüşmək istəyirik ki, Avropadakı təhlükəsizlik vəziyyəti, hansı problemlərin mövcudluğunu və onlarla necə məşğul olacağımızı müzakirə edək”, – sənəddə vurğulanır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər