Danimarkada xarici işçi qüvvəsinə ciddi ehtiyac yaranıb.
Danimarka Sənaye Konfederasiyası “Dansk Industri” (DI) ölkədə minlərlə şirkət və təşkilatda işçi qüvvəsi çatışmazlığı aşkar edib.
Danimarkada illik DI sorğusunda iştirak edən 8000 şirkətin yarısından çoxu işçi axtarışı ilə bağlı yaranmış çətinliyi qarşılarında duran əsas problem kimi qeyd edib.
Sorğu zamanı həm iri, həm də kiçik şirkətlər öz bizneslərinin üzləşdiyi çətinliklərlə bağlı sualları cavablandırıblar. Ümumiyyətlə, DI hər il sorğu keçirməsinə baxmayaraq şirkətlərin işçi qüvvəsi çatışmazlığı problemi əvvəllər qeydə alınmayıb. Lakin Danimarkada işçi qüvvəsi çatışmazlığını biznes sektorunun təmsilçiləri dəfələrlə vurğulayıb və siyasətçilər tərəfindən müzakirə edilib. Məsələn, hazırda kadr çatışmazlığı Danimarka səhiyyə orqanları üçün ən böyük problemə çevrilib.
Yaranmış vəziyyətdən çıxış yolu axtaran Danimarka hakimiyyəti, xarici işçi qüvvəsini cəlb etmək üçün güzəştə getməyə hazırdır.