24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Danimarkalı alimlər yer kürəsinin şimalında yeni ada kəşf ediblər

Screen Shot 2021 09 02 at 14.34.20

Danimarkalı alimlər yer kürəsinin ən şimalında yerləşən və bu günə qədər tanınmayan yeni adanı təsadüfən kəşf ediblər.

Kopenhagen Universitetinin bir qrup tədqiqatçısı peyk naviqasiya sistemində yaranmış texniki nasazlıq nəticəsində bu kəşfə imza atıblar.

Əvvəlcə yerində olan alimlər, digər Danimarka araşdırma qrupu tərəfindən 1978 -ci ildə kəşf edilən Oodaak adasına gəldiklərini fərz edib. Yerləşdikləri yerin dəqiq koordinatlarını yoxlayanda isə onlar əslində Oodaakdan 780 metr şimal-qərbdə indiyə qədər tanınmayan başqa bir ada kəşf etdiklərini anlayıblar.

Sahəsi altmışın otuz metrəyə olan yeni ada çınqıl və palçıqdan ibarətdir.

Adanı kəşf edən elmi komanda, yeni adanın qrenland dilindən (ən şimal diyar) tərcümə olunan, “Kekertak Avannarleg” adlandırılmağı barəsində qərar verib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Azərtac
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər