Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Danimarkalı diplomata ölkəsində Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.
Qeyd edək ki, bu, həftə ərzində Danimarka təmsilçisinin çağırılması ilə bağlı beşinci haldır. Buna səbəb Kopenhagendə, o cümlədən Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunması istiqamətində davam edən aksiyalardır. Bundan əvvəl danimarkalı diplomat avqustun 18-də, 21-də, 22-də və 23-də Xarici İşlər Nazirliyinə çağırılıb.