15 C
Baku
Tuesday, October 15, 2024

Danimarkanın işıq və su sayğacları istehsalçısı Rusiyadan gedir

Danimarkanın elektrik enerji və su sayğacları istehsalçısı olan “Kamstrup” şirkəti Rusiya və Belarusdan getdiyini açıqlayıb, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Vurğulanır ki, iki ölkə ilə bütün ticarət əlaqələrinin dayandırılması qərarı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına cavab olaraq qəbul edilib.

“Ofisimiz, işçilərimiz və dilerlərlə olan əməkdaşlığımız hazırda mövcud qaydalara uyğun olaraq bağlanır”, – deyə şirkətin kommunikasiyalar üzrə direktoru Luiza Vesterqaard-Hasen söyləyib.

“Kamstrup” 1946-cı ildə yaradılıb. Şirkət dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər