9 C
Baku
Thursday, December 12, 2024

Danışıqların “win-win” strategiyası

Müasir dövrdə danışıqları aparmaq bacarığı olduqca önəmlidir. Belə ki, müxtəlif situasiyalarda iki və daha çox insan arasında gedən diskussiyalarda öz fikrinizi, mövqeyinizi müdafiə etməli olacaqsınız. 

Danışıqların daha effektiv keçməsi üçün nə etmək lazımdır? Bunun üçün müasir psixologiyada danışıqların aparılması strategiyaları işlənib hazırlanmışdır. Onların bir qismi biznes sahəsində motivasiya, digər hissəsi isə şəxsi həyatla əlaqəlidir. 

Danışıqların “win-win” strategiyası daha geniş yayılmışdır. Bu strategiya bizə həm biznes, həm də gündəlik məsələlərdə ən yaxşı qələbələrə nail olmaq imkanını verir. 

“Win-win” strategiyasının mahiyyəti

 “Win” sözünün ingilis dilində tərcüməsi “qələbə” dir. Müvafiq olaraq, “win-win”      danışıqları “qələbə-qələbə” kimi tərcümə olunur. Yəni, bu strategiyadan irəli gələn taktika, danışıqlarda iştirak edən hər iki tərəfin qalib olmasını nəzərdə tutur. Bu nəzəriyyə 1981-ci ildə Harvard universitetində işlənib hazırlanmışdır. 

victory qelebe
qələbə

“Win-win” strategiyasının prinsipi belədir: opponentlər yalnız “öz maraqlarına deyil, başqalarının da maraqlarına diqqət yetirməlidirlər”. Əlbəttə ki, bir tərəfdən, qarşı tərəfin nə istədiyini başa düşmək üçün vaxt lazımdır. 

Digər tərəfdən isə “win-win” strategiyası tərəflərə qarşılıqlı fayda əsasında fəaliyyəti davam etdirmək imkanını verir.

  • Tərəflər səylərini birləşdirir
  • Onların potensialı artır
  • Maksimal nəticə əldə olunur

Gələcək perspektiv baxımından, bu, ən yaxşı strategiyadır, hansıki sizə gələcəkdə bir çox problemlərdən qaçınmaq və daha yaxşı nəticələr əldə etmək imkanını verir.  

person planningSizə elə gəlir ki, rəqibləri və ya tərəfdaşları “əzib keçmək” daha asan başa gələcək? Əslində, bu halda məğlub olan tərəf siz olursunuz, çünki onlardan heç biri sizinlə bir daha əməkdaşlıq etməyəcək. 

“Win-win” danışıqlar strategiyasının realizəsi

“Win-win” danışıqlar strategiyasının realizəsi aşağıdakı addımlardan ibarətdir:

  1. Opponenti diqqətlə dinləyin.
  2. Onun çatmaq istədiyi qısamüddətli, ortamüddətli və uzunmüddətli məqsədlərini və maraqlarını başa düşməyə çalışın. 
  3. Öz məqsədlərinizi və hansı nəticə əldə etmək istədiyinizi müəyyən edin.
  4. Ümumi təmas nöqtələrini tapın, tərəflərin bir-biri üçün necə faydalı ola biləcəyini haqda düşünün. 
  5. Opponentə düşünmək üçün vaxt verin. 
  6. Onun təkliflərini dinləyin, təhlil edin. Müzakirə üçün açıq olun. Başqa insanların fikirlərinə hörmət edin. 
  7. Tərəfdaşlara bu və ya digər təklifin mümkün riskləri barədə məlumat verin. Razı ola biləcəyiniz təkliflərə razılıq verin. 
  8. Öz variantınızı təklif edin. Təklifinizin hər iki tərəfin maraqlarına uyğun olduğunu sübut edin.
  9. İrəli sürdüyünüz təklifi hər iki tərəfin nümayəndələri ilə müzakirə edin, ola bilər ki, planınız tamamlanmalıdır. 
  10.  Qarşılıqlı razılıq əsasında müqavilə bağlayın. 

İndi isə “win-win” strategiyasının real tətbiqinə dair nümunəyə nəzər yetirək. Məsələn, tərəfdaşlar müəyyən məhsulun A nöqtəsindən B nöqtəsinə qədər çatdırılması üçün yol xərclərinin kimin tərəfindən ödənəcəyi barədə razılığa gələ bilmirlər. “Win-win” üslubunda keçirilən danışıqlar çərçivəsində aşağıdakı təkliflər irəli sürə bilərsiniz:

  1. Çatdırılma xərcini ikiyə bölək
  2. Bu dəfə yol xərcini biz ödəyirik, növbəti dəfə isə siz. 
  3. Tərəflərdən biri daha çox məhsul alır və endirim qazanır, bu halda nəqliyyat xərclərini də özü ödəyir. 
  4. Tərəflərdən biri daha çox məhsul alır, bu halda nəqliyyat xərclərini qarşı tərəf ödəyir. 
  5. Digər variantlar (hər iki tərəf üçün faydalı olan). 

 Siz də cəhd edərək, “win-win” strategiyasını tətbiq etməyə çalışın. Bu, peşə fəaliyyəti və ya şəxsi münasibətlər ola bilər, hər iki halda effektivliyi görəcəksiniz. 

Son xəbərlər
Digər xəbərlər