“Danone” bəzi məhsullarının Rusiyaya tədarükünü dayandırır

Fransanın “Danone” şirkəti “Evian” suyu və “Alpro” məhsullarının Rusiyaya tədarükünü dayandırıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, hələ aprelin 5-i “Danone” Rusiya bazarını tərk etməyəcəyini deyib.

“Danone” Rusiyadakı biznesini əhəmiyyətli dərəcədə dəyişdirmək, onu süd məhsulları, uşaq və müalicəvi qidalara yönəltmək, Evian və Alpro məhsullarının tədarükünü isə dayandırmaq qərarına gəlib”, – deyə mesajda bildirilib.

Martın əvvəlində şirkət Rusiyada investisiya layihələrini dayandırsa da, süd məhsulları uşaq qidalarının istehsalını dayandırmayacağına söz verib.

Son xəbərlər
Digər xəbərlər