12 C
Baku
Wednesday, December 11, 2024

“Danske bank” Estoniyanı tərk edir

Estoniyanın maliyyə müfəttişliyi bu ölkədə fəaliyyət göstərən və ciddi portfelə malik Danimarkanın “Danske bank”ını bağlamaq barədə göstəriş verib.

 Ölkədəki işlərini yekunlaşdırması üçün bank rəhbərliyinə 8 ay vaxt verilib. Oktyabrın 19-da artıq bank Estoniyada olmayacaq. Bankın bağlanmasına səbəb maliyyə qalmaqalıdır. Estoniya maliyyə müfəttişliyi bankı çirkli pulların yuyulmasında ittiham edib. Bildirilib ki, 2007-2015-ci illərdə bank vasitəsilə 200 milyard avrodan çox izahsız vəsait keçib. Artıq bank rəhbərliyi də Baltik ölkələri və Rusiyadan gedəcəyi barədə qərarın qəbul olunduğunu açıqlayıb.

Hazırda bankın Estoniyada 27 mindən çox müştərisi var.

Son xəbərlər
Digər xəbərlər