Daosizm paradoksu II hissə

0

 

  • Bulanıq suya dəyməsən lili çökəcək , suyu durulacaq.
  • Ağlını bütün fikirlərdən təmizlə , imkan ver ürəyin hüzura qovuşsun
  • Cəhalət artdıqca , ağıl və bilik irəli çıxar
  • Ailədə hüzur pozulunca , ailə əxlaqı yaranmağa başlayar.
  • Atın bir kənara “müdrikliyi” və “müqəddəsliyi” insanlar yüz dəfə daha xoşbəxt olarlar
  • Atın bir kənara “insanilyi” və “ədaləti” insanlar sevgiyə və hörmətə qayıdarlar
  • Atın bir kənara fərasət və qazancı oğru və quldurlar yoxa çıxacaqlar
  • Bu üçü kifayət deyilsə, sadəcə dairənin mərkəzini tut və qoy , hər şey öz yoluyla getsin
  • Burax düşünməyi və problemlərinə son ver
  • “hə” və “yox” arasında fərq nədədir, uğur və uğursuzluq nə ilə fərqlənir
  • Başqalarının dəyərləndirdiyini dəyərləndirməyə borclusan mı?, başqalarının qorxduğundan qorxmağa borclusan mı?
  • Tam olmaq istəyrsənsə , yarımçıq olmağa icazə ver özünə
  • Düz olmaq istəyirsənsə əyri olmağı icazə ver özünə
  • Dolu olmağı istəyirsənsə , boş olmağı icazə ver özünə
  • Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə
  • Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et
  • Özünü tam olaraq ifadə et və sus, təbii proseslər kimi ol(külək əsirsə əsir, yağış yağırsa yağır)
  • Ayaq barmaqları üstə qalxan uzun müddət tab gətirməyəcək
  • Başı alovlu yürüyən uzaq gedə bilməyəcək,
  • Parlamağa çalışan nurunu qaraldacaq
  • Özünü tərifləyən kəs əslində kim olduğunu bilmir
  • Başqalarını hakimiyyəti altına alanın özünə hökmü çatmır
  • Işindən bərk yapışan əbədi bir şey yarada bilmir.
  • Ağırlıq yüngüllük üçün zəmindir
  • Hərəkətsizlik hər hansı hərəkət üçün zəmindir
  • Özünü ora-bura vurmaqla , kökünlə əlaqəni itirmiş olursan
  • Əgər qərarsızlığın səni hərəkət etdirməsinə icazə verirsənsə , kimliyinlə əlaqəni itirmiş olursan
  • Yaxşı insan pis insanın müəllimindən başqa nədir ki? Pis insan yaxşı insanın işindən savayı nədir ki?
  • Ağını tanı, amma qarandan möhkəm yapış
  • Kimliyini tanı, amma heç kim olduğundan möhkən yapış
  • Özünə inandığı üçün , başqalarını inandırmağa çalışmır.
  • Özünü qəbul etdiyi üçün, bütün dünya onu qəbul edir
  • Başqalarını tanımaq ağıl əlamətidir, özünü tanımaq müdriklik

Aliyə Nuruyeva