15 C
Baku
Saturday, April 20, 2024

Darıxan beyin – dahi beyindir!

Cəmiyyətin bekarlığa qarşı olan münasibəti o qədərdə yaxşı deyil. Darıxan, heç bir fəaliyyət göstərməyən insan, tənbəl biri ilə bərabərləşdirilir. Buna görə çox vaxt, biz, beynimiz üçün çox vacib olan emosiyanı gizlətməyə çalışırıq. “Özünə darıxmaq üçün icazə ver” adlı kitabda jurnalist Manoush Zomorodi sübut edir ki, insan “tənbəllik” edən zaman beyində xüsusi bir rejim işə düşür. Həmin rejimdə beyin dünyanı fərqli yöndə başa düşməyə başlayır.

Hər bir hissin məqsədi var, – psixoloq və “The Upside of Downtime: Why Boredom Is Good” adlı kitabın müəllifi olan Sandy Mann bildirir. – Mən cansıxıcılıq emosiyanın bizə nə üçün lazım olduğunu araşdırmağa çalışmışam, çünki bəzən bu emosiya distruktiv və mənasız kimi görünür”. Belə ki, Mann özü üçün tükənməz bir mövzu açdı.

90-cı illərdə insan emosiyaları üzərində tədqiqat aparan zaman, Mann aşkar etdi ki, bizim gizlətməyə çalışdığımız hisslər sırasında cansıxıcılıq ikinci yerdə durur. “Onun haqda həm yazırlar, həm də başımıza gələn bütün pis hadisələrdə günahlandırırlar”, – o qeyd edir.

Cansıxıcılıq emosiyasını tədqiq edən zaman, Mann, bu fenomeni “həddindən artıq maraqlı” gördü. Sauthempton universitetin doktoru Wijnand van Tilburg hesab edir ki, cansıxıcılıq insanları daha vacib işlərlə məşğul olmağa vadar edir.

“Bir anlıq təsəvvür edin ki, cansıxıcılıq hissi mövcud deyil, – Mann təklif edir. – Onda biz hər an nəyəsə sevinərdik: yağış damcıları, səhər yediyimiz yemək və s.”.

Mann sıxıcılıq hissini tədqiq etmək məqsədi ilə bir sıra eksperimentlər həyata keçirib. Onlardan bir neçəsinə nəzər salaq.

Birinci eksperimentdə bir qrup iştirakçıya çox darıxdırıcı bir tapşırıq verilmişdir – telefon kitabçasından nömrələri kağız üzərinə köçürmək. Bu tapşırığın yerinə yetirilməsindən sonra, iştirakçılara kağız stəkanların necə istifadə oluna biləcəyi haqda düşünmək tapşırığı verildi. İştirakçıların hamısı standart istifadə üsullarını təklif etməyə başladılar (məs. dibçək kimi istifadə edilməsi).

Növbəti eksperimentdə Mann “cansıxıcılığın dərəcəsini” daha da artırdı. İyirmi dəqiqəlik nömrə köçürmə əvəzində, iştirakçılara bu nömrələri səsli şəkildə demək tapşırığı verildi. İştirakçıların əksəriyyəti bu məşğuliyyəti çox darıxdırıcı hesab etdi. Mann-ın gözlədiyi kimi də oldu. Eksperiment başa çatdıqdan sonra, iştirakçılar kağız stəkanların istifadəsinə dair daha çox variant təklif etməyə başladılar.

Bu təcrübələri keçirməklə Mann sübut edə bilmişdir ki, darıxan insanlar daha yaxşı düşünə bilirlər.

Bəs biz darıxan zaman, beynimizdə hansı proseslər baş verir?

Nəyisə düşünülmüş şəkildə etdiyimiz zaman, dərhal diqqətə nəzarət şəbəkəsi aktivləşir. Neyrobioloq Marcus Raichle bu haqda deyir: “Diqqət şəbəkəsi, bizə ətraf mühit ilə əlaqə yaratmaqda kömək edir. Və əksinə, heç bir şey etmədiyimiz zaman beyində passiv iş rejimi aktivləşir”.

“Elmi cəhətdən xəyal etmək – maraqlı prosesdir. Xəyal edən zaman insan bir çox ideya yarada bilər” – neyrobioloq Jonathan Smallwood deyir.

Həkimin sözlərinə görə, xəyal etmək insan üçün çox vacib bir prosesdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, xəyallar bir sıra bacarıqların əldə edilməsində böyük rol oynayır.

Keçirilmiş araşdırmalar göstəriblər ki, passiv rejimdə olduqda belə beyin enerjinin eyni 95%-ni xərcləyir. Əslində, bu fenomen elm üçün hələ də sirr olaraq qalır.

Smallwood və onun komandası beynin bu iki halını birləşdirməyə çalışırlar: müstəqil düşüncəni və beynin passiv rejimdəki aktivliyini. Onlar hesab edirlər ki, bu, bir medalın iki tərəfidir.

Son xəbərlər
Digər xəbərlər