7 C
Baku
Thursday, December 12, 2024

“Daş daşıyanlar”

Bir dəfə bir yolçu tozlu və daş-kəsəkli bir yol ilə gedirdi. O günəşin ən qızmar olduğu vaxtda həmin çöllükdə nəhəng bir daşı itələyə-itələyə, çətinliklə aparan bir kişiyə rast gəlir. Kişi daşı itələdikcə hönkür-hönkür ağlayırdı.

Yolçu həmin kişinin nəyə görə ağladığını soruşduqda o dünyadakı ən çətin işi gördüyünü dilə gətirdi. O hər gün ağır-ağır daşları daşımalı olduğunu, qarşılığında isə onu güclə doyuran qəpik-quruş qazandığını dedi. Yolçu ona bir qəpik verir və yoluna davam edir.

O bir qədər irəli getdikdən sonra digər bir daş daşıyan kişiyə rast gəlir. Lakin bu kişi digərindən fərqli olaraq ağlamır, əksinə bütün diqqətini işinə yönəltmiş görünürdü. Yolçu ondan nə etdiyini soruşduqda o sadəcə olaraq “işləyirəm” dedi. O hər gün buraya gəlir və daş daşıyır. Bu ağır işdir, lakin o bundan razıdır. Ona ödənilən pul isə ailəsini doyurmağa kifayət edir. Yolçu onu tərifləyir, bir qəpik verir və yoluna davam edir.

Yolçu yolunun üzərində növbəti daş daşıyan şəxsə rast gəlir. Həmin şəxs qızmar günəş altında böyük bir daşı aparırdı və böyük sevinclə şən bir mahnı oxuyurdu. Yolçu heyrətlənir. “Sən nə edirsən?!” – deyə soruşur. Həmin şəxs başını qaldırdıqda yolçu onun xoşbəxt simasını görür.

“Məgər sən görmürsən? İmarət ucaldıram!”

Nəticə: Bizlərədən hər birimiz gördüyümüz, çalışdığımız işi qiymətləndirməyi bacarmalıyır. Hər nə qədər çətin, bu “ağır daşlar” qədər dözülməz olsa da.

Son xəbərlər
Digər xəbərlər