32 C
Baku
Tuesday, July 23, 2024

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir

Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilir.

Banker.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının (bundan sonra – Yasaqlıq) fəaliyyəti bərpa edilib.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. Yasaqlığın Əsasnaməsini üç ay müddətində təsdiq etsin;

2.2. Yasaqlığın sanitariya-mühafizə zonasının xəritəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.3. Yasaqlığın mühafizəsi və təbliği ilə bağlı zəruri tədbirlər görsün;

2.4. Yasaqlıq ərazisində yerləşən təbiət komplekslərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər