4 C
Baku
Tuesday, December 24, 2024

Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

“Hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir”.

Nazir müavini bildirib ki, azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər