Daşgil vulkanlarının təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırılıb.
Bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.